"Yaradıcı müəllim: inkişaf edək, etdirək" yaradıcılıq müsabiqəsində təşəkkürnamə ilə təltif olunduq
"Yaradıcı müəllim: inkişaf edək, etdirək" yaradıcılıq müsabiqəsində 96 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Şəlalə Səmədova və VII sinif şagirdi Arif Məmmədov fərqlənərək təşəkkürnaməyə layiq görülüblər. Müsabiqənin təltifolunma mərasimində BŞTİ rəhbərliyinin iştirakı ilə qalib müəllimlərə və şagirdlərə diplomlar təqdim olunub. Müəllimimizi və şagirdimizi ürəkdən təbrik edir, belə gözəl layihələri həyata keçirərək yaradıcı müəllimlərə və istedadlı şagirdlərə dəstək olan BŞTİ rəhbərliyinə isə dərin təşəkkürümüzü bildiririk.