IX sinif şagirdləri ilə "Məişət zorakılığı və erkən nikah mövzusunda" söhbət aparılıb

26.04.2023-cü il tarixdə məktəbin psixoloqu Sevinc Abdullayeva IX sinif şagirdləri ilə maarifləndirici söhbət aparıb. Söhbətin mövzusu "Məişət zorakılığı və erkən nikah" olub. Görüşün əsas məqsədi yeniyetmələrə erkən nikah pozulduqdan sonra həyatın çətinlikləri ilə üz-üzə qalmış gənclərin həyatlarından nümunə gətirərək, tibbi cəhətdən erkən nikaha hər orqanizmin dayanıqlı ola bilməyəcəyini izah etmək, qızların nikah yaşının normal dünyanın qəbul etdiyi 18 yaş həddi olduğunu təbliğ edərək yeniyetmələrin erkən nikahlara meyl etməsinin qarşısını almaq, erkən nikaha girərək zorakılığa məruz qalmış gənclər üçün psixo-sosial reabilitasiya yardımının mövcud olduğu barədə onları maarifləndirmək, erkən nikahın əksər hallarda qeyri-normal təsiri, erkən nikahın əslində əsas məişət zorakılığı olduğu barədə onlara məlumat vermək, erkən nikahda ailə münasibətləri və doğulan uşaqların bəslənməsində qarşıya çıxa biləcək əsas problemləri əks etdirən maarifləndirici materiallar göstərmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi