Pedaqoji Şuranın növbəti onlayn iclası keçirilib

20.04.2023-cü il tarixdə saat 15.00-da 96 nömrəli tam orta məktəbin pedaqoji heyəti ilə növbəti onlayn şura   iclası keçirilib. İclasın gündəliyində aşağıdakı məsələlər yer alıb:
 1. Rəqəmsal bacarıqlar və STEAM fənninin tədrisi, bu fənlər üzrə  dinlənilmiş dərslərin təhlili, bu istiqamətdə müşahidə edilmiş aktual problemlər.
2. 11-ci sinif buraxılış imtahanın zəif nəticələrinin təhlili. 
3. "Ümumtəhsil məktəblərində şagird davranış qaydaları" adlı çərçivə sənədinin pilot tətbiqi istiqamətində görülmüş işlər və planlaşdırılan fəaliyyətlər
4. "Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsi istiqamətində görülmüş işlərin təhlili və planlaşdırılan fəaliyyətlər
5. Məktəbdaxili formatda keçirilmiş  monitorinqlərin təhlili
6. Valideynlərlə aparılmış anonim sorğunun nəticələrinin təhlili
İclası giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva iclasın keçirilməsi üçün 45 müəllimin iştirakının  yetərsay olduğunu elan edərək, gündəlikdə dayanan məsələlər ətrafında əhatəli məlumat verib. İki saat davam edən iclasda direktor müavinləri də öz hesabatlarını və təhlillərini təqdim etdikdən sonra söz mövzu ilə əlaqəli nüanslara aydınlıq gətirmək məqsədi ilə müəllimlərə verilib. Bəzi məsələlər qarşılıqlı müzakirə edilib, təhlil edilərək vəziyyətə uyğun müvafiq qərarlar qəbul edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi