Onlayn təşkil edilmiş anonim sorğunun nəticələri təhlil edilib.
"Ailəm və məktəbim" layihəsi istiqamətində həyata keçirilən onlayn sorğuda 450 nəfər valideyn iştirak edib. Nəticələri məktəb üçün qənaətbəxş hesab etmək olar. Amma diqqət çəkən bəzi incə nüanslar da gözdən qaçmamalıdır. "Bu tədris ilində məktəb fəaliyyətini necə xarakterizə edərdiniz?" sualına 89,4 % "Məktəbin fəaliyyəti səmərəli təşkil olunub" cavabını seçib."Tədris prosesində sizi qane edən əsas nüans nədir?" sualına 39,8 % "Rəhbərliyin ciddi nəzarəti", 17,7% "Müəllimlərin yüksək səriştəsi", 25,7% isə "Qeyd edilən bütün nüanslar" cavabını seçib. "Tədris prosesində sizi qane etməyən nüans hansıdır?" sualına 71,8% "Qane etməyən nüans yoxdur", 9,2% faiz isə "Göstərilməyən digər nüanslar" deyərək, cavab verib. "Valideyn-məktəb münasibətində hansı nüanslar sizi daha çox qane edir?" sualına 40% " Bu münasibətdə məni hər şey qane edir", 26,1% "Məktəb valideynlər üçün əlçatandır", 13,9 % "Məktəbdə valideynlərlə birgə çoxlu layihələr həyata keçirilir", "Valideynlər məktəbin təlim-tərbiyə prosesində yaxından iştirak edir" kimi cavablar verib. "Valideyn-məktəb münasibətində sizi qane etməyən nədir?" sualına 82,8% "Qane etməyən heç nə yoxdur" cavabını seçib. "Məktəbdə keçirilən könüllü valideyn layihəsindən xəbərdarmısınız?" sualına 89,5% "Bəli", 10,2% isə "Xeyr" bəndlərini qeyd edib. "Bu layihədə könüllü valideyn kimi iştirak edirsinizmi?" sualına 59,6% "Xeyr", 40,1% isə "Bəli" cavabını verib. "Layihəyə qoşulmaq istərdinizmi?" sualına 51,7% "Bəli", 46,6% "Xeyr" deyə, münasibət bildirib. "Sizcə 96 nömrəli tam orta məktəbin fəaliyyət dinamikası ildən-ilə necə dəyişir?" sualını 84,5% "İrəliyə doğru inkişaf edir", 11,8% "Eyni səviyyədə qalıb", 3,7% isə "Geriləyir" şəklində cavablandırıb. "Tərbiyə prosesində sizi ən çox razı salan nədir?" sualına 36,4% "Tərbiyə prosesinin təşkilində məni hər şey qane edir", 28,9% "Müəllim- şagird münasibətləri düzgün qurulub", 16,1% "Rəhbərlik- şagird münasibətləri düzgün qurulub", 13,2 % "Sağlam psixoloji mühitin mövcudluğu", 5,4% isə "Tərbiyə prosesində məni qane edən nüans yoxdur" cavablarını işarələyib. "Tərbiyə prosesində sizi qane etməyən nədir? sualına 74,1% "Məni hər şey qane edir", 8,6% "Müəllim- şagird, şagird-şagird arasında psixoloji bulinqin mövcudluğu", digərləri isə faiz dərəcəsinə görə müvafiq olaraq "Sağlam psixoloji mühitin olmaması", "Müəllim-şagird və ya şagird-şagird arasında fiziki bulinqin mövcudluğu", "Məni heç nə qane etmir" kimi cavabları seçib. "Siz bir valideyn kimi məktəb fəaliyyətinə necə kömək edə bilərsiniz? sualına 46,2% valideyn "Müəllimlərlə sıx ünsiyyətdə olmaqla", 28,8% "Məktəb layihələrinə qoşulmaqla", 20,5% " Məktəb fəaliyyətindən uzağam. Heç bir təşəbbüslə kömək edə bilmərəm", digərləri isə "Rəhbərliyə birgə işləyə biləcəyimiz kreativ ideyalar verməklə" cavabını seçiblər. Bu nəticələr növbəti şura iclasında əsaslı təhlil olunacaq və növbəti tədris ili üçün tərtib olunacaq fəaliyyət planında nəzərə alınacaq.