Valideynlərlə onlayn anonim sorğu keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2023-cü il tarixli 3-29-59/3-2-170F/2023 nömrəli əmri ilə təsdiq edilmiş "Ailəm və məktəbim" layihəsinin fəaliyyət planına əsasən 96 nömrəli tam orta məktəbdə atılan ilk addım rəhbərlik tərəfindən valideynlər üçün onlayn sorğu formasının hazırlanması olub. Sorğu formasında valideynlərin məktəbin fəaliyyəti, təlim-trəbiyə prosesinin effektivliyi, məktəbin inkişaf dinamikası barədə fikirlərini, məktəbdə reallaşdırılan layihələrdə valideynlərin iştirak səviyyəsini və valideynlərin məktəb icmasındakı iştirak üçün təşəbbüskarlıq dərəcəsini ölçmək üçün suallar tərtib edilib. Onlayın sorğu forması valideyn qruplarında paylaşılıb və bu sorğuda məktəb üzrə bütün valideynlərin maksimum iştirakının təmin edilməsi üçün gərəkli addımlar atılıb.