Şagirdlərimiz beynəlxalq idman yarışında uğur əldə ediblər

96 nömrəli məktəbin 6"D" sinif şagirdləri Anar Muradlı və Zəka Həmidli beynəlxalq idman turnirində iştirak ediblər.Türkiyənin İzmir şəhərində keçirilən futbol üzrə Avropa oyunları XII İzmir Cup yarışlarında iştirak edən 72 komandadan biri də Azərbaycanın məktəbyaşlı futbolçularından təşkil edilmiş komanda olub. Sevindirici haldır ki, şagirdlərimizin də üzv olduğu bu komanda son mərhələdə seçilmiş ən güclü 16 komandanın sırasında yer alıb. Vətənə medallarla və diplomlarla qayıdan şagirdlərimizi məktəb rəhbərliyi təbrik edib və onlarla xatirə şəkli çəkilib.