V siniflərdə akademik monitorinq təşkil edilib

13.03.2023-cü il tarixdə 96 nömrəli məktəbin 3 sinif paralelində komplektləşdirilmiş 83 nəfər V sinif şagirdi akademik monitorinqə cəlb edilib. Monitorinq tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Əsasən açıq suallardan ibarət olan tapşırıqlar şagirdlərin məntiqi təfəkkürünü, təhlil və sintez səviyyəsində bacarıqlarını yoxlamağa hədəflənib. Monitorinqin maksimum şərtlərdə obyektiv təşkil edilməsi üçün məktəb rəhbərliyi bütün təşkilati işləri görüb.