"Dəyərlərimiz bədii ədəbiyyatda" adlı dəyirmi masa keçirilib.

13.04.2023-cü il tarixdə BŞTİ-nin 13.03.2023-cü il tarixli 3-29-59 nömrəli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində 96 nömrəli məktəbin kitabxanasında "Dəyərlərimiz bədii ədəbiyyatda" adlı dəyirmi masa keçirilib.Tədbirdə məktəbin qiraətçi və fəal şagirdləri, ana dili müəllimi Elmira Məmmədova, kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova, təşkilatçı müavin Nigar Süleymanova, Sabunçu MKS 1 saylı filial müdiri Şəfiqə Həkimova və həmin kitabxananın kitabxanaçısı Xəyalə Abbasova iştirak ediblər. Tədbir şagird təqdimatları ilə başlayıb.Onlar oxuduqları bədii əsərlər içərisində milli dəyərləri əks etdirən parçalardan bədii və vizual təqdimatlar ediblər. Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib və interaktiv müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi