"Məktəbli" layihəsində Rəşad Məcid qonağımız olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Məktəbdə" layihəsi bu dəfə 96 nömrəli məktəbdə baş tutub. 06.04.2023-cü il tarixdə layihə çərçivəsində tanınmış jurnalist, publisist, yazıçı, ictimai xadim, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid məktəblilərlə görüşüb. Sözü ilə yüksəlmiş, səmimiliyi, sadəliyi ilə gənclərin dostu olan Rəşad müəllim öz uşaqlıq xatirələrini, bugünki gənclik, müasir gənclərin mediaya, mətbuata, mütaliəyə münasibəti barədə düşüncələrini uşaqlarla bölüşüb. Səmimi və interaktiv mühit, qarşılıqlı diskussiya şəraitində gedən görüşdə Rəşad Məcid şagirdlərin müxtəlif səpkili suallarına cavab verib. Sonda şagirdlərlə xatirə şəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi