Könülləri oxşayan musiqi dərsi dinlənilib
06.04.2023-cü il tarixdə məktəbin 6 "B" sinfində könülləri oxşayan bir musiqi dərsi dinlənilib. Musiqi müəllimi Könül Uğurluyevanın təqdimatında olan bu dərsin mövzusu " Azərbaycan muğamı və simfonik muğam" olub. Dərsdə müəllimin doğru fasilitatorluğu ilə şagirdlər mövzu ətrafında lazımi istiqamətdə tədqiqat aparıblar. Nəticədə təqdimat mərhələsində qarşıya qoyulmuş problemin həlli uğurlu olub. Dərs məktəb rəhbərliyi tərəfindən dinlənilib və dərsin əhatəli müzakirəsi təşkil olunub.