Şagirdlərə "Yaşıl" kartlar verilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" adlı çərçivə sənədinə əsasən müəyyən edilmiş 3 rəğbətləndirmə meyarı (1.Nizam-intizam.2.Sosial məsuliyyət. 3.Akademik və sosial fəaliyyət) çərçivəsində I yarım il ərzində müvafiq göstəricilərə uyğun olmuş şagirdlərə "Yaşıl" kart (Rəğbətləndirmə kartı) verilib. V-XI sinif şagirdləri arasında 98 şagird 1-ci, 2-ci və ya 3-cü meyarla qiymətləndirilərək bu kartlara layiq görülüb. Kartların verilməsi məktəbin 05.04.2023-cü il tarixli 365 nömrəli əmri ilə təsdiq edilib. Kartlarla yanaşı şagirdlərə onların valideynlərinə ünvanlanmış təşəkkür məktubları da verilib. Rəğbətləndirmə kartları təntənəli görüş şəraitində rəhbərlik tərəfindən təqdim olunub.