Şagirdlər korreksiyaedici tədbirlərə cəlb ediliblər

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" çərçivə sənədinə əsasən məktəbin müxtəlif siniflərindən 1-ci, 2-ci və 3-cü meyarlara uyğun qayda pozuntusuna yol vermiş şagirdlər korreksiyaedici tədbirlərə cəlb ediliblər. Bu tədbirlərə nümunə olaraq 1-ci və 2-ci şifahi xəbərdarlıq, valideynlə söhbət, psixoloqa yönəltmə, müəllim və ya məktəb rəhbərliyi ilə görüş, eləcə də özünürefleksiya prosesinə cəlb etmə kimi korreksiyaedici tədbirləri göstərmək olar. Özünürefleksiya prosesi, valideynlə söhbət və məktəb rəhbərliyinin üzvü ilə görüş tədbirləri zamanı məsul şəxs kimi NİŞ-nın üzvləri prosesi izləyir və icra edirlər.