Fənn metodbirləşmə sədrlərinin rəhbərliklə iclası keçirilib

04.04.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin fənn birləşmə sədrlərinin məktəb rəhbərliyi ilə iclası keçirilib. İclasın gündəliyində fənn aylıqlarının nəticələrinin təhlili, ayrı-ayrı fənn birləşmələrinin fəaliyyətinin qiymətləndirilməsi, məktəbdə aparılmış son monitorinqlərin təhlili və növbəti yarım ilin sonunda rəqəmsal formada keçiriləcək məktəbdaxili qiymətləndirmənin təşkilinə hazırlıq kimi vacib məsələlər yer alıb. İclasda qiymətləndirmənin təşkili üçün iş bölgüsü aparılıb, diqqət yetirilməli nüanslar barədə metodbirləşmə sədrləri təlimatlandırılıb. Məsələlər ətrafında onların da fikirləri və tövsiyələri dinlənilib.