Nizam- intizam Şurasının iclası keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1680599356642be93c78ffe5.89617034.jpg)
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış və pilot olaraq respublikanın 60 ümumtəhsil məktəbində tətbiqinə başlanılmış "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" adlı təlimat sənədinin reallaşdırılması istiqamətində işlər davam edir. 04.05.2023-cü il tarixdə bu layihə çərçivəsində yaradılmış Nizam-intizam Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyində ay ərzində görülmüş işlərin müzakirəsi, rəğbətləndirmə kartını almaq üçün öz nümunəvi davranışları ilə fərqlənən şagirdlərin nəticələrinin namizədlik üçün uyğun olub-olmadığının təhlili, müxtəlif səviyyələr üzrə davranış pozuntularına yol vermiş şagirdlərin müvafiq korreksiyaedici tədbirlərə cəlb edilməsi və s məsələlər yer alıb. Şura məhsuldar fikir mübadiləsi aparıb.