Texnologiya fənni üzrə dərs dinlənilib

03.04.2023-cü il tarixdə məktəbimizin 8"A" sinfində texnologiya fənni üzrə maraqlı bir dərs dinlənilib. "Ərzaqların qışa saxlanılması. Ev şəraitində konservləşdirmə" mövzusunda təqdim olunmuş bu dərs əyaniliyi və praktikliyi ilə diqqət cəlb edib. Fənn müəllimi İradə Əhmədova dərs boyu doğru fasilitatorluq edərək, uşaqları tədqiqata, təcrübi yolla öyrənməyə sövq edə bilib. Dərsdə şagirdlər mövzu üzrə lazımi biliklər əldə edib, zəruri vərdişlərə yiyələnə biliblər. Bu dərs məktəbin təşkilatçısı Nigar Süleymanova və psixoloq Sevinc Abdullayeva tərəfindən dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi