"Mart soyqrımı" mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1680282292642712b467c810.54993316.jpg)
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Mart soyqrımı Azərbaycan tarixinin qara səhifəsi, xalqımıza qarşı törədilmiş ağır cinayətdir.
31.03.2023-cü il tarixdə məktəb kitabxanasında yuxarı sinif şagirdlərinin iştirakı ilə bu mövzuya həsr edilmiş dəyirmi masa keçirilib. Mərkəzləşdirilmiş Kitabxana sisteminin 1 saylı filialının müdiri Həkimova Şəfiqə, oranın informasiya şöbəsinin müdiri Məmmədova Nigar, məktəbimizin kitabxana müdiri İsmayılova Ofeliya, kitabxanaçı Cəfərova Təranə və təşkilatçı Süleymanova Nigar tədbirdə iştirak edərək mövzu ətrafında şagirdlərlə interaktiv müzakirə aparıblar.