Yol nişanları barədə maarifləndirici dərs təqdim olunub

30.03.2023-cü il tarixdə məktəbimizin 3"B" sinfində sinif müəllimi Çiçək Daşdəmirovanın təqdimatında "Yol nişanlarını tanıyırıqmı?" adlı maarifləndirici dərs təqdim olunub. Dərs şagirdlərin yol hərəkəti qaydaları haqqında hazırladıqları kiçik bir səhnəciklə başlayıb. Səhnəciyin ardından müəllim uşaqlara xəbərdaredici, məlumatlandırıcı və qadağanedici nişanlar barədə məlumat verib. Dərsin tədqiqat mərhələsində 3 qrupa bölünmüş şagirdlər iş vərəqi üzərində yol nişanlarına dair tapşırığı həll etməyə çalışıblar. Birinci qrup onlara verilmiş nişanlar içərisindən məlumatlandırıcı nişanları, ikinci qrup xəbərdaredici nişanları , üçüncü qrup isə qadağanedici nişanları ayırıb iş vərəqinə yapışdırıb və hər birinin mənasını izah ediblər. Dərs məktəbin direktoru Mehriban Hacıyeva və ibtidai siniflər üzrə fənn birləşmə rəhbəri Fəridə İsgəndərova tərəfindən müşahidə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi