VII sinif şagirdlərinin riyaziyyat fənni üzrə akademik bacarıqları yoxlanılıb

28.03.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin 3 sinif paralelində komplektləşdirilmiş 79 nəfər VII sinif şagirdinin riyaziyyat fənni üzrə akademik bacarıqları yoxlanılıb. Monitorinq yazılı təşkil edilib. Şagirdlərin biliyi 45 dəqiqə ərzində 15 sualla yoxlanılıb. Sualların 10-u qapalı, 5-i isə açıq olub. Suallar VII sinfin riyaziyyat fənni üzrə tədris proqramında əks olunmuş standartlar əsasında 4 səviyyə meyarı ilə tərtib edilib. Monitorinqin nəticələri yoxlanıldıqdan sonra siniflər üzrə statistika müəyyən ediləcək.