I siniflərdə dərsdinləmələr aparılıb

14.03.2023-cü il tarixdə I siniflərdə məktəb rəhbərliyi tərəfindən dərsdinləmələr aparılıb. I "A" sinfində sinif müəllimi Ceyran İsayevanın təqdimatında riyaziyyat fənni üzrə "Toplama və çıxmanın əlaqəsi" mövzusunda, I "B" sinfində isə sinif müəllimi Lalə Mustafayevanın təqdimatında Azərbaycan dili fənni üzrə "Üçrəngli bayraq" mövzusunda dərs dinlənilib. Dərsi eyni zamanda digər sinif müəllimləri də izləyib. Hər iki dərs ətraflı müzakirə edilib və uğurlu dərs nümunələri kimi qiymətləndirilib.