Şagirdimiz diplomla təltif olunub
Məktəbimizin 3"A" sinif şagirdi Sərxan Alıyev Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "100-cü Bahar" bilik yarışında 482 bal topladığı və öz nəticəsi ilə fərqləndiyi üçün sertifikatla və diplomla təltif olunub. Məktəb rəhbərliyi adından şagirdimizi təbrik edirik. Uğur olsun!