Yuxarı sinif şagirdləri dispanser müayinədən keçirilib
01.03.2023-cü il tarixdə 96 nömrəli məktəbin IX, X və XI sinif şagirdləri dispanser müayinədən keçirilib. İcbari dispanserizasiya 22 saylı poliklinika tərəfindən təşkil edilib. Məktəbdə olan həkim dermatoloq, nevroloq, pediatr, uşaq cərrahı, stomotoloq, otolorinqoloq və laborant şagirdləri bir-bir və diqqətlə müayinə ediblər. 22 saylı poliklinikanın qayğıkeş həkimləri dispanserizasiyanın ciddi keçməsi və şagirdlərin hərtərəfli müayinəsi üçün əllərindən gələni əsirgəməyiblər.