Fövqəladə Hallar Nazirliyinin Akademiyasının müəllimləri məktəbimizdə olublar
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1678184883640711b3ca8d44.09494903.jpg)
07.03.2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının qiyabi təhsil fakultəsinin baş müəllimi, metodist kapitanToğrul Mehdizadə və Akademiyanın tələbə elmi cəmiyyətinin sədri baş leytenant Sadiq Abdullayev məktəbimizdə olublar. Gəlişin məqsədi yuxarı sinif şagirdləri ilə görüşüb, onlara Akademiya, oradakı fakultələr, qəbul planı, Akademiyanı digər ali məktəblərdən fərqli edən cəhətlər, oradakı təhsilin keyfiyyəti və s barədə məlumat vermək olub.