IX siniflərdə son monitorinq keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16781622666406b95a812290.25652665.jpg)
06.03.2023-cü il tarixdə BŞTİ-nin təşkilatçılığı ilə təhsil müəssisələrinin IX siniflərində Monitorinq 4 keçirilib. Monitorinqin məqsədi 9-cu siniflərin buraxılış imtahanlarına yekun hazırlığını müəyyənləşdirmək olub. Monitorinqin müddəti 2,5 saat (150 dəqiqə) müəyyən edilib. Suallar 3 fənn üzrə -ana dili, riyaziyyat və ingilis dili fənni üzrə təqdim edilib. Sualların sayı və formatı buraxılış imtahanına uyğun olub.İmtahanın obyektiv keçirilməsi üçün bütün təşkilati işlər məktəb rəhbərliyi tərəfindən lazımı şəkildə yerinə yetirilib.