"Sağlam qida" mövzusunda dərslər davam edir

27 fevral-5 mart İdman həftəsi çərçivəsində müxtəlif siniflərdə "Sağlam qida" mövzusunda silsilə dərslər təşkil edilib. Növbəti dərslər texnologiya fənni üzrə 5"B" və 5 "A" sinfində təşkil edilib. Texnologiya müəllimləri İradə Əhmədlinin və Təranə Cəfərovanın təqdimatında olan bu dərslərdə şagirdlər sağlam həyatın əsasında dayanan idman və sağlam qida rasionu haqqında ətraflı məlumatlandırılıblar.