Respublikanın fəxri bədən tərbiyəsi işçiləri ilə görüş keçirilib

27 fevral-5 mart İdman həftəsi çərçivəsində 01.03.2023-cü il tarixdə Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi işçisi, əməkdar məşqçi, idman ustası, basketbol üzrə qızlardan ibarət milli komandanın baş məşqçisi, idman oyun növləri kafedrasının dosenti Elza Həsənova və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi, dosent əvəzi Tərlan Məmmədova ilə məktəbimizin V, VI və VII sinif şagirdlərinin görüşü keçirilib. Görüşdə Elza xanım və Tərlan xanım kiçik idman həvəskarlarına əldə etdikləri uğurlardan və bu nailiyyətlərə çatmaq üçün sərf etdikləri əmək, zəhmət və zamandan danışıblar, sağlam bədənlə yanaşı sağlam ruhun da vacibliyindən söz açıblar. İdmançılarla görüş şagirdlər tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi