"İdmanda sağlam qidalanma" mövzusunda dərs keçirilib

İdman həftəsi çərçivəsində 02.03.2023-cü il tarixdə məktəbin 7"A" sinfində "İdmanda sağlam qidalanma" mövzusunda dərs keçirilib. Dərs biologiya müəllimi Afaq Əhmədovanın təqdimatında olub. Dərsdə şagirdlərə idmançıların qida rasionu barədə ətraflı məlumat verilib. Şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.