1 Mart- Mülki Müdafiə Günü ilə bağlı xüsusi dərslər təşkil edilib

Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gün kimi təqvimə salınıb.

Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi dayanır.

Mülki Müdafiə Günü ilə bağlı 01.03.2023-cü il tarixdə 96 nömrəli məktəbin 2"C" sinfində Kəmalə Nəbiyeva, 4"A" sinfində Təranə Nəcəfova, 2"A" sinfində Səidə Əhmədova və 6"A" sinfində Fatimə Hacıyeva tərəfindən xüsusi dərslər təşkil edilib. Dərslər qərargah rəisi Mahirə Rüstəmova, təşkilatçı Nigar Süleymanova və fənn müəllimləri tərəfindən izlənilib. Dərslərin keçirilməsində məqsəd Mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində şagirdlərin hazırlığı və maarifləndirilməsinin təmin edilməsi, onların diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi