1 Mart - Mülki Müdafiə Gününə həsr edilmiş rəsmlər sərgilənib

Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəblərdə müxtəlif formatlı tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblərdə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı onlara düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
Elə məhz bu məqsədlə də 01.03.2023-cü il tarixdə 96 nömrəli məktəbin foyesində kiçik rəssamların təxəyyülündəki təbii və texnogen qəzalar və onlardan təxliyə proseslərini rənglərin dili ilə əks etdirən rəsmlər sərgilənib.