Şagirdlərimiz təltif olunublar

Məktəbin 6"B" sinif şagirdi, kiçik rəssamımız Simuzər Abdulkərimova Betta Rəsm Müsabiqəsində iştirakına və intellektual rəsm təlimləri üzrə ilk mərhələni müvəffəqiyyətlə bitirdiyinə görə uğur sertifikatı ilə təltif olunub. 8"B" sinif şagirdi, AMO olimpiadasının qızıl medal qalibi, RFO-nın yarımfinal mərhələsinin iştirakçısı, kiçik riyaziyyatçımız Məhəmməd Hacılı Xəzər Universiteti Dünya məktəbinin təşkil etdiyi "Təhsil ağlın simasıdır" adlı riyaziyyat olimpiadasında qalib olduğu üçün diploma layiq görülüb.

Şagirdlərimizi təbrik edir, müvəffəqiyyətlər arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi