Mart ayının ilk nümunə dərsi dinlənilib

Fənn aylıqları çərçivəsində mart ayı fizika- kimya aylığı elan edilib. 01.03.2023-cü il tarixdə bu ayın ilk nümunə dərsi dinlənilib. Dərs məktəbin fizika müəllimi Nəsibə Əsgərovanın təqdimatında təqdim edilib. Dərsin mövzusu "Maddənin sıxlığı və onun təyin edilməsi" olub. Dərs məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və fənn müəllimləri tərəfindən dinlənilib. Dərsdə müəllim təlim nəticələrini reallaşdırmağı bacarıb. Nümunə dərsin müzakirəsi təşkil edilib.