XI siniflərdə monitorinq keçirilib
28.02.2023-cü il tarixdə məktəbin 3 sinif paralelində komplektləşdirilmiş 60 nəfər XI sinif şagirdləri buraxılış fənləri üzrə monitorinqə cəlb edilib. Şagirdlər 100 % davamiyyətlə monitorinqdə iştirak ediblər. Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə tərtib edilmiş suallar buraxılış imtahanının tələbinə uyğun olub. Xarici dil fənni üzrə dinləmə materialı da təqdim edilib. Şagirdlər sinif otaqlarında tək-tək əyləşdirilib və hər bir otağa iki nəfər nəzarətçi təhkim edilib.