"İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda maarifləndirici dərs keçirilib

İdman həftəsi çərçivəsində 27.02.2023-cü il tarixdə proqramda nəzərdə tutulduğu kimi 7"A" sinfində məktəbin psixoloqu Sevinc Abdullayeva və idman müəllimi Məlahət Məmmədova tərəfindən maarifləndirici dərs keçirilib. Dərsdə Məlahət Məmmədova şagirdlərlə "İdman növləri haqqında" diskussiya təşkil edib. Psixoloq Sevinc Abdullayeva isə onlarla "İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda maarifləndirici söhbət aparıb. Dərsdə eyni zamanda məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Nigar Süleymanova da iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi