Xocalı soyqrımı insan hüquqlarının pozulması prizmasından
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167747684563fc43ed2742c9.82100298.jpg)
24.02.2023-cü il tarixdə məktəb kitabxanasında Sabunçu rayon MKS-nın 1 saylı filialının şöbə müdiri Nigar Məmmədova, kitabxanaçı Xəyalə Abbasova və 96 nömrəli məktəbin kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçısı Təranə Cəfərova, məktəbdənkənar və sinifdənxaric təşkilatçı Nigar Süleymanova, tarix müəllimi Nəzakət Əzizzadə, UBR Kəmalə Sadıqova və 10-cu sinif şagirdlərinin iştirakı ilə "Xocalı soyqrımı insan hüquqlarının pozulması prizmasından" mövzusunda debat keçirilib. Debatda çıxış edənlər bu tarixi faciəni erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı genosid kimi daxil olan soyqırım cinayəti olaraq dəyərləndirərək, şagirdlərə faciənin görünməyən pərdəarxası nüanslarını izah etməyə çalışıblar.