Səhər gimnastikası keçirilib
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədi ilə 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27.02.2023-cü il tarixdə məktəb dəhlizində və sinif otaqlarında idman müəllimlərinin təşkilatçılığı ilə səhər gimnastikası keçirilib. Uşaqların günə gümrah başlamaları, yaxşı əhval-ruhiyyəyə sahib olmaları üçün səhər gimnastikası gözəl motivasiya olub