Şagird davranış qaydalarının tətbiqi ilə bağlı növbədənkənar Şura iclası keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167722280163f863917e2396.29558536.jpg)
"Ümumtəhsil məktəblərində şagird davranış qaydaları"nın tətbiq olunacağı pilot məktəblərdən biri kimi
23.03.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə növbədənkənar Pedaqoji Şura iclası keçirilib. İclasın gündəliyindəki yeganə məsələ "Şagird davranış qaydaları, sənədin strukturu ilə tanışlıq, tətbiq mexanizimləri və məsul şəxslərin təyini" olub. Şura distant şəkildə Teams proqramı üzərindən keçirilib. Gündəlikdəki məsələ ilə heyəti tanış edən məktəbin direktoru Mehriban Hacıyeva müəllimlərə və sinif rəhbərlərinə bu sənəd, sənədin mahiyyəti, davranış qaydaları, qayda pozuntuları, qayda pozuntularının səviyyələri, korreksiyaedici və rəğbətləndirici tədbirlər barədə ətraflı məlumat və izahat verib. İclasda Nizam İntizam Şurası yaradılıb və şuraya daxil ediləcək 5 məsul şəxs müəyyənləşdirilib. Sinif rəhbərləri sinif davranış jurnallarının tərtibatı ilə tanış edilib. Nizam intizam koordinatoru Fatimə Hacıyeva özünürefleksiya vərəqi, özünürefleksiya prosesi barədə təlimat, bildiriş məktubu və s formalarla tanış edilib. Müavinlərin mövzu ətrafında fikirləri dinlənilib. Daha sonra pedaqoji heyətin sualları cavablandırılıb, qaranlıq qalmış nüanslar yenidən izah edilib, bəzi məqamlara aydınlıq gətirilib.