Şagird davranış qaydalarının tətbiqi barədə şagird kontingenti məlumatlandırılıb

23.02.2023-cü il tarixdə "Ümumtəhsil məktəblərində şagird davranış qaydaları" nın tətbiq olunduğu pilot məktəblərdən biri olan 96 nömrəli tam orta məktəbdə şagirdlərin şagird davranış qaydaları və qayda pozuntularından irəli gələn korreksiyaedici, eləcə də rəğbətləndirici tədbirlər barədə maarifləndirmə işi aparılıb. Maarifləndirmə işi məktəbin məktəbdənkənar və sinifdənxaric təşkilatçısı Nigar Süleymanova, məktəbin psixoloqu və Nizam İntizam Şurasının üzvü Sevinc Abdullayeva, nizam intizam koordinatoru Fatimə Hacıyeva tərəfindən aparılıb. Eləcə də sinif rəhbərlərinə sinif otaqlarında şagird davranış qaydaları barədə məlumatlandırıcı guşələrin hazırlanması və valideynləri məlumatlandırmaq üçün sinif valideyn iclaslarının çağırılması tapşırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi