Xocalı fəryadı rənglərin dili ilə
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167722141663f85e2807e4c2.01155770.jpg)
İnsanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olan Xocalı soyqrımı xalqımızın yaddaşında iz salmış dəhşətli faciədir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2- 55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən məktəbimizdə Xocalı soyqırımına həsr edilmiş müxtəlif formatlı anım mərasimləri keçirilib. Məktəbin foyesində şagirdlərin təxəyyülündəki Xocalı soyqrımının rənglərin dili ilə əks olunduğu rəsmlər sərgilənib. Eyni zamanda sinif otaqlarında faciənin ildönümünə həsr olunmuş guşələr yaradılıb, divar qəzetlərinin növbəti bülletenləri bu mövzunu işıqlandırıb.