Xocalı soyqrımının 31-ci ildönümü münasibəti ilə xüsusi dərslər keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2- 55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslərin təşkili nəzərdə tutulmuşdur. Məhz bu tədbirlər planına əsasən 24.02.2023-cü il tarixdə məktəbimizin 1"A", 3"A" siniflərində sinif müəllimləri Ceyran İsayeva və Gülarə Hüseynova tərəfindən "Xocalı soyqrımı: xalqa qarşı zorakılıq" mövzusunda , 5"C" və 6"D" siniflərində tarix müəllimi Nəzakət Əzizzadə və coğrafiya müəllimi Şəlalə Səmədova tərəfindən "Tarixin soyqrımı zəncirində Xocalı faciəsi" mövzusunda xüsusi dərslər təşkil edilib. Dərslər məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi