Xarici dil fənn aylığı davam edir

Fevral ayı xarici dil üzrə fənn aylığı kimi müəyyən edildiyindən ay çərçivəsində xarici dil müəllimləri müxtəlif fəaliyyətlər təqdim ediblər. Elə məhz fənn aylığı çərçivəsində 22.02.2023-cü il tarixdə 6"B" sinfində ingilis dili müəllimi Nigar Qasımovanın "Should, shouldn't", 6"A" sinfində rus dili müəllimi Lətafət Bayramovanın "Чистота-залог здоровья" mövzusunda nümunə dərsi dinlənilib. Dərslərdə məktəb rəhbərliyi və fənn müəllimləri də iştirak ediblər. Hər bir dərsin ayrılıqda müzakirəsi aparılıb, dərslərin müsbət və mənfi tərəfləri müəyyən edilib, müəllimlərə rəhbərlik tərəfindən faydalı tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi