Xarici dil fənni üzrə dərsdinləmələr davam edir
Bu ay məktəbdə xarici dil üzrə fənn aylığıdır. Fənn aylığının fəaliyyət planına əsasən ingilis və rus dili fənləri üzrə ay boyunca müxtəlif fəaliyyətlər izlənib. Bu fəaliyyətlər sırasına dərsdinləmələr də daxildir. 15.02.2023-cü il tarixdə Samirə Kərimovanın təqdimatında 6"D" sinfində "Health problems" mövzusunda ingilis dili dərsi, 16.02.2023-cü il tarixdə isə İrəvanlı Leylanın təqdimatında 6"D" sinfində "Овощи и фрукты-полезные продукты" mövzusunda rus dili dərsi dinlənilib. Dərslərdə məktəb rəhbərliyi və fənn müəllimləri də iştirak ediblər. Hər iki dərs ətraflı müzakirə edilib.