Vətəni sevməyi "SƏN" dən öyrəndik!
Nəhayət ki, xeyli vaxtdır üzərində çalışdığımız kitab hazır oldu. Ulu öndər Heydər Əliyevin 100 illiyinə və 2023-Heydər Əliyev ilinə ithafən şagirdlərimizin tədqiqat xarakterli yazılarından ibarət olan bu kitab Heydər Əliyev irsinin gənc nəslə aşıladığı mənəvi dəyərlərdən bəhs edir. "Vətəni sevməyi "SƏN" dən öyrəndik"-kitabın ərsəyə gəlməsində əməyi olan məktəbin tarix müəllimlərinə və yuxarı sinif şagirdlərinə, kitabın redaktəsinə kömək etmiş ana dili müəllimimiz Ofeliya Məmmədovaya, kitaba rəy yazmış millət vəkili Ceyhun Məmmədova təşəkkür edirik.
Beləliklə, Heydər Əliyevin dəyərli xəzinəsinin gələcək nəsillərə ötürülməsi yolunda bir addımı da 96 ailəsi atdı. Böyük liderin Vətənə sonsuz məhəbbətini öz təxəyyüllərinin məhsulu olan məqalələri ilə həmyaşıdlarına və yetişən nəslə çatdırmağa çalışan şagirdlərimiz Heydər Əliyev ilinə öz töhfələrini bu kitabla verməyə çalışdılar.
Təhsilimiz üçün xeyirli, uğurlu olsun!