Sensor İnteqrasiya layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi VI Qrant müsabiqəsində qalib olan layihələr sırasında 96 nömrəli tam orta məktəbin Sensor İnteqrasiya layihəsi də vardı. Layihə bu tədris ilinin oktyabr ayından həyata keçirilməyə başlayıb. Layihə çərçivəsində ətrafdan alınan duyğu siqnallarında problemləri olan, öyrənmə çətinliyi, diqqət dağınıqlığı olan şagirdlər 15 terapiya məşğələləri çərçivəsində korreksiya dərslərinə cəlb edilib, terapiyaların aparılması üçün məktəbdə duyğu bütünləmə otağı yaradılıb, layihənin davamlılığını təmin etmək məqsədi ilə metodiki vəsait hazırlanıb və məktəbin 12 ibtidai sinif müəllimi təlimlərə cəlb edilib.

13.02.2023-cü il tarixdə məktəbin akt zalında 4 ay davam edən layihənin bağlanış mərasimi keçirilib. Mərasimi giriş sözü ilə layihə rəhbəri, məktəbin direktoru Mehriban Hacıyeva açıb. O öz çıxışında 4 ay ərzində görülmüş işlərdən və əldə edilmiş müsbət nəticələrdən danışıb. Daha sonra layihənin təlimçisi Toğrul Eyyublu, məktəbin psixoloqu Sevinc Abdullayeva, layihənin keçirilməsində öz fikirləri və əməkdaşlığı ilə yaxından dəstək olmuş müəllim Təranə Möhsünova çıxış ediblər. Məktəbin layihə çərçivəsində təlimlərə cəlb edilmiş ibtidai sinif müəllimləri və övladları terapiya məşğələləri keçmiş valideynlər də tədbirdə öz təəssüratlarını bölüşüblər. Hətta oyun məşğələlərinə böyük həvəslə qatılmış bəzi şagirdlər də layihəni həyata keçirənlərə öz təşəkkürlərini bildiriblər. Sonda məşğələlər zamanı çəkilmiş video materiallar nümayiş etdirilib və xatirə şəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi