Təhsil İnsititutunun əməkdaşları məktəbimizdə olublar

02.02.2023-cü il tarixdə Azərbaycan Respublikasının Təhsil İnsititutunun "Psixologiya və xüsusi təhsil" şöbəsinin əməkdaşları Ayna Hümbətova və Səadət Abdullayeva məktəbimizdə olublar. Onlar VII, VIII və IX sinif şagirdlərinin, valideynlərin və müəllimlərin iştirakı ilə görüş keçiriblər. Görüşdə məktəb psixoloqu Sevinc Abdullayeva da iştirak edib. Əməkdaşlar şagirdlərlə məktəbdəki psixoloji mühitin sağlamlığı və sabitliyinin əhəmiyyəti, şagird-müəllim, şagird-valideyn və müəllim-valideyn münasibətlərinin düzgün qurulmasında vacib şərtlər barədə söhbət aparıblar. Sonda valideynlər, müəllimlər və şagirdlərlə mövzu ətrafında anonim sorğu aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi