2 fevral - Azərbaycan Gəncləri Günüdür

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Gənclər Günü ilə əlaqədar bu gün məktəb kitabxanasında dəyirmi masa təşkil edilib. Görüşdə məktəbin təşkilatçısı Nigar Süleymanova, psixoloq Sevinc Abdullayeva, UBTR Kəmalə Sadıqova, kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova və XI sinif şagirdləri iştirak ediblər. Şagirdlər öz gələcək planları, arzuları barədə danışıb, əsl vətandaş mövqeyi sərgiləmək, uğurlu gənc olmaq üçün lazım olan dəyərlər ətrafında fikir mübadiləsi aparıblar.