20 yanvar-Ümumxalq Hüzn Günüdür

20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Bu günü şagird yaddaşında əbədiləşdirmək, tarixi faciəni, qəhrəmanlıq səlnaməsini unutdurmamaq üçün bu gün məktəbimizdə müxtəlif tədbirlər keçirilib, bu unudulmaz günü uşaqların təxəyyülü ilə canlandıran və boyalarla əks etdirən rəsm əsərləri sərgilənib, siniflərdə mövzuya həsr edilmiş divar qəzetləri dərc olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi