20 Yanvar-Qan yaddaşımızdır

19.01.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə məktəbin fəaliyyət planında nəzərdə tutulduğu kimi Azərbaycan xalqının yaşadığı unudulmaz tarixi faciə olan 20 Yanvar faciəsinə həsr edilmiş şagird təqdimatları nümayiş etdirilib. Müxtəlif siniflərin şagirdləri növbə ilə məktəb foyesində yaradılmış xatirə guşəsi önündə şəhidlərimizin müqəddəs ruhunu ehtiramla yad edib, vətən, müstəqillik, igidlik mövzusunda şeirlər, mahnılar ifa ediblər.