20 Yanvar faciəsinə həsr edilmiş dərslər keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167462706863d0c7fc182470.04217026.jpg)
Elm və təhsil nazirinin 2023-cü il 10 yanvar tarixli 3-29/3-2-03F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən
I-IV siniflərdə "20 Yanvar şəhidləri", V – IX siniflərdə "20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan
taleləri", X – XI siniflərdə isə "20 Yanvarın bizə verdiyi vətəndaş dərsi" mövzusunda dərslər keçirilib. Dərslərin təşkil edilməsində məqsəd 20 Yanvar həqiqətlərinin şagirdlərə çatdırılması olub.