"20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda dəyirmi masa keçirilib

Azadlıq mücahidlərimizin faciəsindən xalqımızı 33 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, hədsiz haqsızlıqlarla qarşılaşıb. Başımıza gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsidir. Bu faciəni unutdurmamaq və şagirdləri mövzu ətrafında maarifləndirmək üçün 19.01.2023-cü il tarixdə məktəbimizin kitabxanasında "20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə məktəbin təşkilatçısı Nigar Süleymanova, kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova, İstiqlal muzeyinin elmi işçisi Ramida Mamedova, tarix müəllimi Nəzakət Əzizzadə və VII-VIII sinif şagirdləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi