Maraqlı bir riyaziyyat dərsi dinlənilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167395205963c67b3be04f96.43511300.jpg)
17.01.2023-cü il tarixdə 6"D" sinfində riyaziyyat müəllimi Gümüş Şəfiyevanın təqdimatında "Tam ədədlərin vurulması" mövzusunda maraqlı bir riyaziyyat dərsi dinlənilib. Dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən dinlənilib. Şagirdlərin aktivliyi ilə müşayət olunan bu dərsin refleksiya mərhələsində dərsdinləyənlər öyrənmə prosesinin baş verdiyini və qarşıya qoyulan məqsədlərə nail olunduğunu əyani şəkildə hiss ediblər. Müəllim bir bələdçi kimi şagirdləri seçdiyi forma və üsullarla müstəqil öyrənməyə yönəltməyi bacarıb. Dərsin ətraflı müzakirəsi təşkil edilib.