1"C" sinfində incəsənət sərgisi təşkil olunub

13.01.2023-cü il tarixdə 1"C" sinfində maraqlı bir təsviri incəsənət dərsi izlənilib. Dərsin mövzusu "Sərgilərin təşkil edilməsi" olub. Şagirdlərin mövzunu tam mənimsəməsi üçün müəllim onlara sinifdə sərgi təşkil etməyi təklif edib. Uşaqlar öz çəkdikləri rəsmlər və əl işlərindən ibarət maraqlı bir sərgi təşkil ediblər və 1"A", 1"B" sinfinin birincilərini də sərgi ilə tanış olmaq üçün öz siniflərinə dəvət ediblər. Onlar həmçinin məktəb rəhbərliyinə və valideynlərə də dəvətnamə göndəriblər. Nəticədə maraqlı bir interaktiv dərs hasil olub. Bir guşədə bir qrup şagirdlər qonaqlara öz işləri haqqında məlumat verib, digər bir guşədə isə müəllimləri Xanım Əlixanlının fasilitaforluğu ilə şagirdlər tərəfindən elə dərs prosesində müxtəlif rəsmlər çəkilib, əl işləri hazırlanıb. Qonaqlar sərgini maraqla izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi